Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Hansı ölkə əqli qüsurlu insanlara daha rahatdır?


Cənubi Afrikada əqli qüsurlu uşaqlar üçün xüsusi xəstəxanada uşaqların çərpələngi, 8 oktyabr 2009
Cənubi Afrikada əqli qüsurlu uşaqlar üçün xüsusi xəstəxanada uşaqların çərpələngi, 8 oktyabr 2009

ƏQLİ CƏHƏTDƏN QÜSURLU ŞƏXSLƏR ÖZ CƏMİYYƏTLƏRİNDƏ NECƏ QƏBUL OLUNUR

«Gallup» yeni araşdırmasına görə əqli cəhətdən qüsurlu insanlar üçün yaşamağa ən münasib yer Avropadır. Təşkilat dünyanın 112 ölkəsində 1000 nəfər arasında keçirdiyi sorğudan bu qənaətə gəldiyini yazır. Ümumilikdə isə bu 112 ölkədə rəyi soruşulanların 55 faizi deyib ki, yaşadıqları ölkə əqli cəhətdən qüsurlu insanlar üçün yaxşı yerdir.

Sorğuya görə, bu sahədə ən aşağı göstərici ( 47 faiz) keçmiş SSRİ ölkələrində və Asiyadadır (46 faiz).

Avropanın özündə isə ən yaxşı vəziyyətin Hollandiyada olduğu qeyd edilir. Bu ölkədə sorğuda iştirak edən əhalinin 91 faizi ölkələrini belə adamlar üçün yaxşı şəraitli ölkə sayır. Yeni Zelandiyada, Almaniyada isə rəyi soruşanların 90 faizi müsbət cavab verib.

Maraqlıdır ki, ölkəsini əqli qüsurlu insanlar üçün yaxşı hesab edənlərin çoxu orta və daha yüksək təhsili olan insalardır.

Amerika qitəsində isə kanadalılar öz ölkələrini uyğun sayır - 86 faiz.
Haiti

ƏN BƏDBİNLƏR İSƏ HAİTİLİLƏRDİR -38 FAİZ

Keçmiş Sovet İttifaqında ən yüksək göstərici Belorusdadır. Rəyi soruşulanların 56 faizi əqli cəhətdən qüsurlu şəxslərin cəmiyyətdə yaxşı qəbul olunduğunu fikirləşir. Ən aşağı göstərici isə Qırğızıstandadır - 32 faiz.

Azərbaycanda isə sorğuda iştirak edənlərin 55 faizi buranın əqli cəhətdən qüsurlu şəxslər üçün yaxşı yer olduğunu deyib. Ermənistanda bu göstərici 37 faiz, Gürcüstanda 53 faiz, Rusiyada isə 48 faiz olub.

«Gallup» ABŞ-da fəaliyyət göstərən və beynəlxalq səviyyədə siyasi və ictimai araşdırmalarla məşğul olan bir təşkilatdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG