Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:00

Pənah Hüseyn istefa verib


Pənah Hüseyn
Pənah Hüseyn
Keçmiş deputat Pənah Hüseyn İctimai Palatanın Koordinasiya Şurasının üzvlüyündən istefa verib.

P. Hüseyn AzadlıqRadiosuna bildirib ki, onun istefasına səbəb Koordinasiya Şurasında yeni üzvlərə yol açmaqdır:

«Ötən sessiyada demişdim ki, bir nəfərin uzun müddət eyni postda qalmasının əleyhinəyəm. Fikrimcə, hansısa müddətdən sonra Koordinasiya Şurasında dəyişiklik olmalıdır. Bu səbəbdən də mən Koordinasiya Şurasından istefa verdim».

Amma o, bundan sonra da İctimai Palatada fəaliyyətini davam etdirəcəyini deyir.

P. Hüseyn Koordinasiya Şurasına Ərəstun Orucluİbrahim İbrahimlinin namizədliyini irəli sürüb.
XS
SM
MD
LG