Bu yaxınlarda dörd Prejevalski atı Praqa zooparkından vətənləri Monqolustana qaytarılıblar. Onların yenidən təbii mühitə öyrədilməsi üçün hələ bir neçə həftə, bəlkə də ay lazım olacaq.
Bundan əvvəl də həmin əraziyə 24 belə at buraxılıb.
1960-cı illərdən Prejevalski atlarının nəsli kəsilməkdədir. Mütəxəssislər qalan atların da təbii mühitə buraxılmalı olduğunu bildirirlər, çünki onları heç vaxt əhliləşdirmək mümkün olmur.