Keçid linkləri

2026, 15 May, cümə, Bakı vaxtı 08:31

Gəncədə 21 metr hündürlüyündə qülləsi olan qala tikilir

Qala Gəncənin Bakı istiqamətində girəcəyində, şəhərdən 6 km aralıda inşa edilir.

Layihənin müəllifi, şəhərin baş rəssamı Şərif Şərifov deyir ki, qala divarlarının uzunluğu 50 metrə yaxın olacaq, həmçinin Qala divarlarının mərkəzində iki avtomobil keçidi də inşa ediləcək.

1 hektar ərazidə tikiləcək qalanın divarlarında qədim şəhərin müdafiəsi haqda salnamələr də əks olunacaq. Azərbaycan memarlıq üslubunda inşa edilən qala iki 21 metrlik qüllədən ibarət olacaq, qalanın üstündə Gəncəni qoruyan simvolik iki şir də yerləşdiriləcək.

Layihə bir ilə başa çatacaq.
This item is part of
XS
SM
MD
LG