Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 23:54

İlham Əliyev iyunun 22-də Brüsselə səfər edəcək


Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də Brüsselə səfər edəcək.

Onun Avropa İttifaqının prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Aİ-nin Genişlənmə məsələləri komissarı Ştefan Füle ilə görüşləri nəzərdə tutulur.

Dövlət başçısı həmçinin Krans Montana Forumunun 22-ci illik sessiyasının açılış mərasimində iştirak edəcək.

Mərasimə qatılacaq Avropa İttifaqının enerji üzrə komissarı Günter Ottinger «Azərbaycan: Avropanın Şərq istiqamətində aparıcı mayakı» mövzusunda nitq söyləyəcək. /APA/
XS
SM
MD
LG