Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Avstriya liviyadakı müvəqqəti şuranı tanımağa hazırdır


Avstriya Liviya müxalifətinin yaratdığı ötəri milli şuranı tanımağa hazır olduğunu bəyan edib.

Bundan əvvəl üsyançıların yaratdığı ötəri şuranı Böyük Britaniya, Kanada, Fransa, İordaniya və Birləşmiş Ştatlar da tanıyıb.

Şənbə günü Liviyanın Nalut şəhərində gedən döyüşlərdə azı 8 üsyançı ölüb, 13-ü isə yaralanıb.

Həmçinin Qaddafi qüvvələrinin bu döyülərdə azı 45 nəfər itki verdiyi bildirilir.

Bu barədə Reuters agentliyi şahidlərə istinadla xəbər verir.

Amma bu məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
XS
SM
MD
LG