Bakı Metropolitenində 3-cü xəttin tikintisinə başlanıb.
Yeni xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını paytaxtın mərkəzi – «Azadlıq meydanı» ilə birləşdirəcək.
Bu barədə «APA»ya Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov məlumat verib.
Yeni metro xətti 6 stansiyadan ibarət olacaq. Xəttin ilk stansiyası «Avtovağzal», ikincisi - «Memar Əcəmi» olacaq. Bu məqsədlə «Memar Əcəmi» keçid stansiyasına çevriləcək.
Yeni metro xəttinin 3-cü stansiyası «Papanin» adlanan ərazidə - təqribən «Xutor dairəsi»nin ətrafında olacaq.
4-cü stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ərazisində olacaq. Oradan bir neçə istiqamətə – kompleksin özünə, C.Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq.
Metro xəttinin 5-ci stansiyası isə şəhərin mərkəzində – Heydər Əliyev Sarayının arxa hissəsində salınacaq. Bu stansiyanın 4-5 çıxışı nəzərdə tutulub. Burdan sonra metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və «Azadlıq meydanı»nda tamamlanacaq. «Azadlıq»da tikiləcək stansiya xəttin sonuncu 6-cı dayanacağı olacaq.
Artıq metronun yeni «Avtovağzal» stansiyasında 2 paralel tunelin qazıntısına başlanıb.
Stansiyaların tikintisi sürətlə aparılacaq. Artıq 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının hazır olması nəzərdə tutulur. «Azadlıq meydanı»na isə metro ən geci 2018-ci ildə çatacaq.
Təsdiqlənmiş inkişaf strategiyasına əsasən, 2030-cu ilədək Bakı Metropoliteninin stansiyalarının sayının 76-ya, tunellərin uzunluğunun isə 119 km-ə çatdırılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.