Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:37

Avropa Birliyinin miqrasiya missiyası Azərbaycanda səfərdə olub


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
10 ekspertin daxil olduğu heyət iyunun 16-17-də miqrasiya məsələləri ilə məşğul olan hökumət rəsmiləri, QHT nümayəndələri ilə görüşüb.

Nümayəndə heyəti həmçinin, Bakıda məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdən birinə baş çəkib.

Bu barədə Avropa Birliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumatda deyilir.

AB rəsmilərinin səfərdə məqsədi Azərbaycan hakimiyyəti ilə miqrasiya məsələləri və miqrasiya qanunvericiliyi, qanunsuz miqrasiyanın qarşısının alınması üzrə danışıqlar aparmaq idi.
XS
SM
MD
LG