Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

BMT Suriya hakimiyyətini ittiham edib


BMT-nin insan haqları idarəsi Suriyanın hakim dairələrini dinc sakinlərə qarşı kütləvi zor işlətməkdə ittiham edib.

Bu barədə idarənin çərşənbə günü yaydığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, ölkənin təhlükəsizlik qüvvələri yüzlərlə aksiyaçının ölümü, kütləvi həbslər, işgəncələr və hərc-mərclik yaranmış rayonlara hümanitar yardımların buraxılmamasına görə cavabdehlik daşıyırlar.

Son 3 ay ərzində Suriyada gedən toqquşmalarda 1000-dən çox adam ölüb.

Təkcə son günlər qonşu Türkiyəyə 8 mindən çox qaçqın keçib.
XS
SM
MD
LG