Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Yunanıstanın baş naziri milli birlik hökuməti yaratmağa çağırıb


Yunanıstanın baş naziri Georgios Papandreu iqtisadi tədbirlər paketininin qəbulunu təmin etmək üçün müxalifətdə olan “ Yeni Demokratiya” partiyasına hökumətə qoşulmağı təklif edib.

Baş nazirə yaxın mənbələrin məlumatına görə, Papandreu planın qəbul edilməsi naminə istefa verməyə hazırdır.

Ölkə parlamenti hazırda iqtisadi tədbirlər paketini müzakirə edir.

Plana etiraz olaraq ölkədə ümummilli tətil keçirilir.

İyunun 15-də paytaxt Afinada polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 10 adam yaralanıb, 30-dan çox aksiyaçı saxlanıb.

Planda vergilərin artırılması və dövlət sektorunda iş yerlərinin kəskin ixtisarı nəzərdə tutulur.
XS
SM
MD
LG