Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Bəhreyndə 400 nəfərin məhkəməsi başlayıb


Bəhreyndə 400 nəfərə yaxın şəxsin məhkəməsi başlayıb. Onlar siyasi azadlıqlar tələbi ilə etiraz aksiyalında iştirak etmiş adamlardır.

Bəhreynin aparıcı şiə müxalifət partiyalarından birinin məlumatında bildirilir ki, məhkəmələr indiyə qədər 50 adamı qısa müddətli həbslərdən tutmuş ölüm hökmünə qədər həbslərlə cəzalandırıb.

Bəhreyndə fevral və mart aylarında hökumət əleyhinə keçirilmiş etiraz aksiyalarında minlərlə şiə iştirak etmişdi. Onlar hakimiyyətdə olan sünnilərdən islahatlar tələb edirdilər.
XS
SM
MD
LG