Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 06:50

Toyda 9 adam öldürülüb

Əfqanıstanda Nangarhar əyalətində keçirilən toy mərasiminə yaraqlılar basqın edib. 9 adam öldürülüb.

Yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bəy rayon administrasiyası başçısının yaxın qohumu olub. Buna görə də hücumun siyasi motivli ola biləcəyi güman olunur.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
This item is part of
XS
SM
MD
LG