Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:24

Fransalı nazir deyir ki, Bəşər əl-Əsəd “legitimliyini” itirib


Fransanın xarici işlər naziri Alain Juppe deyir ki, Suriya prezidenti Bəşər əl-Əsəd nümayişçilərə qarşı zorakı davranışı üzündən ölkəni idarə etmək üçün "öz legitimliyini itirib".

Juppe bunu mayın 6-da Suriya dövlət televiziyasının hökumət əleyhinə qüvvələrlə toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinə mənsub 120 əməkdaşın öldürülməsi ilə bağlı xəbər yayandan sonra deyib.

Vaşinqtonda Alain Juppe deyir, Fransa BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməyə hazırdır ki, nümayişçilərə qarşı zor işlətdiyinə, etirazçıları öldürdüyünə görə Suriya rejiminin ittiham edən qətnaməni səsverməyə çıxarsın. Juppe etiraf edib ki, belə bir qərara Rusiya veto qoya bilər.

- Biz fikirləşirik ki, indi hamı birlikdə qabağa getməliyik və Təhlükəsizlik Şurasında bu qərarın tərəfdarlarının sırasını genişləndirməliyik. Fikirləşirik ki, qərara 11 səs almaq mümkün olacaq. Biz Rusiyanın münasibətini də görəcəyik. Əgər onlar veto qoysalar, bunun üçün məsuliyyət daşıyacaqlar. Yəqin ki, onlar görsələr qətnamə 11 səslə dəstəklənir, onlar öz fikirlərini dəyişəcəklər - hər halda bu, riskdir, amma biz bunu eləməyə hazırıq.

Suriyada mart ayından başlayan hökumət əleyhinə etirazlarda 1200 etirazçının öldürüldüyü bildirilir.
XS
SM
MD
LG