Yəmən müxalifəti Ali Abdulla Salehi hakimiyyəti təhvil verməyi çağırıb. Müxalifət prezidentin ölkəyə qayıtmasına imkan verilməyəcəyini də bildirib.
Ali Abdulla Saleh mayın 3-də Sanada prezidentin iqamətgahının atəşə tutulması nəticəsində yaralanmışdı. Dünən Ər-Riyadda Salehin döş qəfəsindən qəlpə çıxarılıb.
Hakim partiya isə bildirib ki, Ali Abdulla Saleh yaxın günlərdə Yəmənə qayıdacaq. Hazırda onun səlahiyyətlərini vitse-prezident Adb Rabb Mansur icra edir.