Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Suriyada müxalifət fəallarının dəfninə 10 minlərlə adam yığışıb


Bu gün Suriyanın Hma şəhərində cümə günü nümayiş dağıdılarkın öldürülmüş müxalifət fəallarının dəfninə 10 minlərlə adam yığşıb.

Yerli hüquq müdafiəçilərinin sözlərinə görə dünən ölkənin bir neçə şəhərində təhlükəsizlik qüvvələrilə toqquşmalarda azı 44 adam öldürülüb.

Onlardan 39-u Hama şəhərində, polis nümayişçiləri atəşə tutarkən ölüb.

Martın ortalarından bu yana Suriyada mövcus rejimə qarşı etiraz aksiyaları keçirilir.

Hüquq müdafiəçiləri bu müddət ərzində 1000-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG