Keçid linkləri

2026, 04 Mart, çərşənbə, Bakı vaxtı 11:39

Yəmən prezidentinin ölkədən çıxmadığı bildirilir

Yəmənin informasiya nazirliyi prezident Ali abdullah Salehin müalicə üçün Səudiyyə
Ərəbistanına getməsiylə bağlı məlumatı təkzib edib.

Bu məlumatı Səudiyyə krallığına yaxın mənbə də təsdiqləməyib.

Cümə günü Yəmən prezidentininpaytaxt sanadakı iqamətgahının atəşə tutulması nəticəsində baş nazir və prezidentin müşaviri də daxil olmaqla bir neçə nəfər yaralanıb.

Onlardan bəzilərinin müalicə üçün Səudiyyə Ərəbistanına getdikləri bildirilir.
XS
SM
MD
LG