Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 07:09

NATO Tripoliyə növbəti zərbələr endirib


NATO qüvvələri dünən gecə Liviyanın paytaxtı Tripoliyə və al-Azizia şəhərinə növbəti hava zərbələri endirib.

Hava zərbələri şəhərin mərkəzinə və Muammar Qaddafinin iqamətgahının yerləşdiyi əraziyə endirilib. Hakimiyyət orqanlarının verdiyi məlumata görə, al-Azizia şəhərindəki polis idarəsi də bombalanıb, iki polis ölüb.

Budan əvvəl Liviya hakimiyyət orqanları bildirmişdilər ki, NATO qüvvələrinin iki aydır endirdiyi hava zərbələri nəticəsində 700-dən artıq dinc sakin həlak olub. Bu xəbəri müstəqil mənbələr təsdiq etməyiblər.
XS
SM
MD
LG