Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:04

Rəbiyyət Aslanovadan “Molla Nəsrəddin” jurnalına ittihamlar


Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, milət vəkili Rəbiyyət Aslanova Cəlil Məmmədquluzadənun naşiri olduğu “Molla Nəsrəddin” jurnalını ciddi tənqid edib.

Modern.az-a açıqlamasında R.Aslanova bildirib ki, Azərbaycanın ictimai-siyasi tarixində “Molla Nəsrəddin” jurnalıının dini xurafata, mövhumata qarşı mübarizəsini çox yüksək qiymətləndirsə də, jurnalın din xadimlərinə olan münasibətini birmənalı saymır.

“Bu jurnalda bəzən Azərbaycan axundunu və mollasını elə qələmə verirdilər ki, onların mənfi obazı uzun illər bizim gözümüzün önündən çəkilmədi. Hətta bu gün də bu yanaşma müşahidə olunur. Mənim üçün maraqlıdır, “Molla Nəsrəddin” XX əsrin əvvəllərində Azərbaycan üçün böyük işlər görmüş ziyalılardan niyə bir cümlə yazmayıb...”.

Fəlsəfə üzrə elmlər doktoru R.Aslanovanın fikrincə, “Molla Nəsrəddin”in ələ saldığı şeyxülislam və ayətullah obrazı heç də əsl gerçəkliyi əks etdirməyib.

“Hacı Zeynalabdin Tağıyev də bunu yaxşı görürdü. Jurnalda əks edilən əsl axund, əsl şeyxüsilam, əsl ayətulla o obraz deyil və bunu gülünc hala gətimək olmazdı”-deyə professor vurğulayıb.

Deputatın sözlərinə görə, 20-ci əsrin əvvəllərində Azərbaycanın çox böyük, savadlı din xadimləri olub.

“Azərbaycan tarixində çox böyük din xadimləri olub və bu din xadimlərinin əsl obrazı “Molla Nəsrəddin”də olduğu kimi deyildi. Məsələn, axund Pişnamazzadə Bakıda dünyəvi məktəblərin açılmasında, onların dərsliklərlə təmin olunmasında çox böyük rol oynamışdı. Ziyalı və maarifpərvər insan idi”-deyə komitə sədri vurğulayıb.



Həmçinin
"New Yorker jurnalı "Molla Nəsrəddin" haqda məqalə dərc etdi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG