-Avropada şəhər… 6 hərfli…
Gülzar başını baxdığı serialdan çevirmədən dilləndi:
-Berlin.
-Axırı «N»di, amma əvvəli «D»..
-Tallin.
- «T» yox, «D».
-Dublin.
-Həri? –eynəyinin altından baxan Kamal müəllim xanaları saymağa başladı.
Gülzar bu cavab istəməyən sualın qarşısında əsnədi. Televizorun səsini artırdı.
Ekranda xarici seriallardan birində ağıllı dialoq gedirdi. Enli çiyinləri olan, qamətli bir oğlan gözəl bir qızı divara sıxıb ondan hey soruşurdu:
-Səncə, Tanrı bizi niyə görüşdürüb? Bu görüş onun nəyinə lazım idi? Luiza, bir başa düş. Biz bir-birimiz üçün yaranmışıq.
Qız iri sinəsini qabardaraq oğlana sərt cavab verirdi:
-Luis Antonio, Tanrı məni bura ona görə göndərib ki, oturub ərimin həbsdən gəlməyini gözləyim….
Kamal müəllim bu alovlu dialoqu yorucu səsi ilə eşidilməz etdi:
-«e»-nən başlayan «z»nən qurtaran müğənni adı…
- Ehtiras - Gülzar gülümsədi.
Kamal müəllim əsəbiləşdi
-«S»yox ey, Karxanım, «Z»…
Reklam arasının başlaması ilə Gülzar özündən çıxdı:
-Tulla bir tərəfə də, nə başımı xarab eliyirsən? Krossvord eliyir, məndən soruşur…
Gülzarın tulladığı pult bir anın çində Kamal müəllimin işlədiyi xanaların üstünü örtdü.
Kamal Böyük kişi (yəni Böyükkişiyev) qəzeti buraxıb, pultu götürdü. Bir ağız deyinib kanalları dəyişməyə başladı:
-Seriala baxır… Bir gör dünyada nə var, nə yox… heç nəyə marağı yoxdu ye bu arvadın… kitab oxusun, xəbərlərə baxsın.. yooox…. Bununku seriallardı.
Gülzar mətbəxə keçdi. Kamal Böyükkişi kanalları gəzib-gəzib bayaqkı qızda əl saxladı. Reklam bitmişdi. Serialın son epizodları idi.
…Qayıdanda Gülzar Kamal müəllimi əlindəki ağ dəsmalla bir şəkil çərçivəsini silən gördü. Bu, orta ölçülü, dəmir kənarları olan adi şüşəli, əldəqayırma və kobud bir çərçivə idi. Ağır olduğu Kamal müəllimin ehtiyatlı davranışlarından hiss olunurdu. Gülzar illərlə şkafla divanın arasında qalan rəsmi tanıdı.
-Neynirsən, bu ağırlıqda şeyi silirsən?
-Divanın üstünə vuracam.
-Divanın üstündə şəkil yoxdü bəgəm? – Gülzar əlüstü divanın üstündə divardakı əlində pişik balası tutmuş balaca oğlan rəsminə baxdı.
- O şəkildi ki? İt-pişik, uşaq-muşaq…şəkil budu ey… Cakonda…
Əlləri günahsız, gözləri əllərindən xəbərsiz, min vəd verən Mona Liza Gülzara ədayla gülümsədi.
-Pah! Qırağının dəmiri də yaxşıdı elə!
-Dəmirin neynirsən? Sən onun gülməyinə bax- Kamal müəllim dəsmalı Cakondanın sifətinə bərk-bərk sürtdü. Şüşəni milçəklər nöqtələmişdilər. Tüpürməli oldu. Mona Lizanın gülüşü fahişə gözlərlə bakirə əllər arasında ən ideal orta idi.
Gülzar divanın qabağında pişikli oğlan uşağı rəsmilə üzbəüz dayandı.
-Mənim bu şəkildən xoşum gəlir…
- Cakonda təbəssümü… - Kamal müəllim öz aləmində idi - Bunun gülməyi məşhurdu e… Sən nə biləsən ay yazıq… Neçə milyon dollaradı bu rəsm.
Gülzar gözünü pişikli oğlandan çəkib sanki necə bitəcəyini gözlədiyi mübahisəni eşidən və yanıqverərcə gülümsəyən Cakondaya baxdı. Məyus və pərt halda hamama tərəf addımladı. Hamamın qapısını arxadan kilidləyəndə Kamal Böyükkişinin şəkli asmaq üçün divana çıxdığını eşitdi.
İlıq suyun təması və şırıltısı əsəblərini sığalladı. Yaşlanmasına baxmayaraq Gülzarın dərisi gözəl idi. Qurulananda Kamalın qarasınca deyindi:
-Bir xəbər tutmur kişi ki, ölmüsən, qalmısan…
Gülzar otağa girəndə ərini qorxmuş vəziyyətdə divanda oturmuş, əlləri və qaşının üstü qanamış gördü. Döşəmənin üstündə şüşə qırıntıları və qopmuş çərçivənin altından gülümsəyən Mona Liza rəsmi vardı. Çərçivənin əltından görünən gözəl əlləri qana bulaşmış Madonna qatil qalib təbəssümü ilə ər-arvada baxırdı.
- Şoğəribi mismar saxlamadı. Oturmuşdum, gəldi üstümə…
Gülzarın kişiyə bərk yazığı gəldi. Balaca uşaq kimi idi. Yadına düşdü ki, bu şəkili bayaq qəzetdəki krossvordun xanalarından birində görüb…