Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:06

Nehrəmdə etiraz aksiyası keçirilib


Arxiv
Arxiv
Mayın 31-də Babək rayonunun Nehrəm kəndinin 100-ə yaxın sakini kəndin mərkəzində etiraz aksiyası keçirib. Kənd sakinləri Nehrəm kəndindəki işsizlik və digər sosial problemlərin həll olunmamasına etiraz ediblər.

Mayın 30-da isə kənd problemlərinin həll olunması tələbi ilə ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin üzvlərindən biri Yasin Hüseynov AzadlıqRadiosuna bildirib ki, komitəni yaratmaqda məqsəd kəndin üzləşdikləri problemləri hökumət orqanlarının diqqətinə çatdırmaqdır:

«Son vaxtlar Nehrəmdə kənd sakinlərinə güclü təzyiqlər olur. Kən sakinlərinin istifadə etdikləri motosklet, maşın və kənd təsərrüfatı texnikalarını köhnə adı ilə yığırlar. Əslində isə onlar köhnə deyil. Çoxu texniki baxışdan da keçib. Camaatı incidirlər. Kənddə qaz, işıq, si problemləri çoxdur».

Kənd sakinlərinin verdiyi məlumata görə, dünən axşamdan polis Təşkilat Komitəsinin bir neçə üzvünə hədə-qorxu gəlib. Komitənin fəallarından olan Rzaqulu Həsənov isə Babək rayon polis idarəsinə aparılıb.

Deyilənlərlə bağlı Nehrəm kəndinin icra nümayəndəsi Təvəkkül Ələkbərovun da mövqeyini öyrənmək istədik. O sualımıza cavab vermədən telefonunu söndürdü.

Babək rayon polis idarəsindən də zənglərimizə cavab verən olmadı.
XS
SM
MD
LG