Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:07

Milli Kitab Mükafatının qalibləri iyunun 4-də elan ediləcək


İyunun 4-də Milli Kitab Mükafatının (MKM) qaliblərin elan olunacaq.

Mərasim saat 12-də “Park İnn” hotelinin “Dan Ulduzu” zalında başlayacaq.

Bu mövsüm MKM-ə 112 əsər təqdim olunub. Martın 31-də ən yaxşı 10 əsər qiymətləndirmə üçün münsiflər şurasına verilib.

1-ci yerin qalibi üç min, 2-ci yerin qalibi iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika yazıçının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə 1000 manat məbləğində mükafat verəcək.

“Mkm.az” saytındaki internet səsverməsinin qalibi xüsusi diplom alacaq. Qaliblərin əsərləri çap olunacaq.

Münsiflər şurasının üzvləri Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, deputat, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, alim Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, professor Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadədir.

MKM-in baş sponsoru “Bakcell” şirkəti, sponsorları “Unibank” ASC və “Əli və Nino” Nəşriyyat Evidir.

"Media forum"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG