Bu gün saat 12-də UniBankın baş ofisində Milli Kitab Mükafatının (MKM) qısa siyahısı açıqlanıb.
Kultaz.Com-un verdiyi xəbərə görə, MKM-in təşkilat komitəsinin sədri Nigar Köçərli ekspertlərin seçdiyi 10 ən yaxşı əsəri elan edib.
Aslan Quliyev, “Sonuncu”, roman
Azər Abdulla, “Sarı tağ”, roman
Etimad Başkeçid, “Kenterberri” silsiləsi, hekayələr
Məqsəd Nur, “Şəhər meri”, roman
Mirmehdi Ağaoğlu, “Küləyi dişləyən”, hekayə
Nəriman Əbdülrəhmanlı, “Yolsuz”, roman
Natella Osmanlı, “Mən axmağam”,
Natiq Rəsulzadə, “Xunxarlar”, roman (rus dilində)
Pərviz, “Yad dildə”, roman
Paşa Qəlbinur, “Qara su”, roman
Müsabiqəyə ümumilikdə 112 əsər təqdim olunmuşdu. Bundan qabaq ekspertlər 20-liyi müəyyən etmişdilər. 17 nəfərdən ibarət münsiflər heyəti isə 10 ən yaxşı əsərin içindən I, II və III yerin qaliblərini seçəcəklər.
Birinci yerin qalibi üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Ayrıca, Amerika səfirliyi tərəfindən Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsinə görə 1000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları mayın 31-də açıqlanacaq
Münsiflər heyətinə yazıçı Afaq Məsud, yazıçı Çingiz Abdullayev, ssenarist Rüstəm İbrahimbəyov, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, Xalq şairi Vaqif Səmədoğlu, BDU-nun professoru Rəbiyyət Aslanova, “525-ci” qəzetinin baş redaktoru Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı-jurnalist Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov, tarix elmləri doktoru, BDU-nun professoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü professor Rafiq Əliyev, Fəlsəfə elmləri doktoru, AİU-nın professoru Niyazi Mehdi, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu, kinorejissor Ayaz Salayev və rejissor Mehriban Ələkbərzadə daxildir.
Qeyd edək ki, MKM “Bakcell” şirkətinin baş sponsorluğu ilə və “Unibank” ASC rəsmi sponsorluğu ilə keçirilir. Mükafatın təsisçısı “Əli və Nino” Nəşriyyat Evidir.
kultaz.com