Keçid linkləri

2026, 18 May, bazar ertəsi, Bakı vaxtı 16:14

NATO təyyarəsi Tripolini bombalayıb

NATO təyyarəsi bu gün səhər Liviyanın paytaxtı Tripolinin mərkəzini, Liviya lideri Muammar Gaddafinin iqamətgahının yaxınlığını bombalayıb.

NATO-nun adının çəkilməsini istəməyən nümayəndəsi Frans-Press agentliyinə şəhərə 3 bomba atıldığını deyib.

Şahidlərin sözlərinə görə hədəf hərbi kazarma olub.

Böyük 8-lər ölkələrinin liderləri Fransa sammitində Muammar Gaddafini istefa verməyə çağırıblar.

Rusiya prezidenti Dimitri Medvedev deyib ki, Gaddafi artıq liderlik hüququnu itirib.
This item is part of
XS
SM
MD
LG