Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 19:10

Pərviz Cəbrayıl: “Özünü tapşıranın qüruru yoxdur!”


Paşa Qəlbunir, Etimad Başkeçid və Pərviz Cəbrayıl. "Pen klub" proqramı, 25 may, 2011
Paşa Qəlbunir, Etimad Başkeçid və Pərviz Cəbrayıl. "Pen klub" proqramı, 25 may, 2011
“Özünü tapşıranın qüruru yoxdur!” Bunu Azadlıq Radiosunun "Pen klub" proqramında Milli Kitab Mükafatı haqda müzakirədə yazıçı Pərviz Cəbrayıl deyib. Onun romanı yaxın günlərdə qalibi elan ediləcək müsabiqənin onluğuna düşüb.

Son vaxtlar mətbuatda söh-söhbət gəzir ki, müsabiqənin onluğuna düşmüş digər yazarlar Natiq Rəsulzadə və Paşa Qəlbinur münsiflərə zəng edib özlərini tapşırmağa çalışırlar.

Onluqdan daha bir yazar - Etimad Başkeçid proqramda bununla bağlı narahatlığını bildirib:

"Əgər mətbuatda belə yazılar gedirsə və P.Qəlbinur və N.Rəsulzadə uzun müddət buna münasibət bildirmirsə, camaat düşünür ki, "Od olmasa tüstü çıxmaz".

Proqarama qatılan P.Qəlbinur deyib ki, söz-söhbətlərin əsası yoxdur, həmin iddialara isə ona görə cavab vermıəyib ki, ailəsində faciə baş verib. "Amma başım açılan kimi reaksiya verdim".

"Pen klub"dakı müzakirəyə telefonla qoşulan N.Rəsulzadə isə tapşırılmaq və s. söhbətləri "səviyyəsiz" adlandırıb "Mən bir-birini söyən müğənnilər kimi belə səviyyəsiz söhbətlərə niyə reaksiya verməliyəm?" deyir.

Paşa Qəlbinurun sözlərinə görə, hansısa yazarın özünü tapşırması mümkün deyil, çünki hər bir münsif müstəqil adamdır.

Pərviz Cəbrayıl isə bunu tamamilə mümkün sayır: "Məsələn, Natiq Rəsulzadə keçən il də özünü tapşırmışdı. Bunu aləm bilir".

DAHA ƏTRAFLI PROQRAMIN VİDEOYAZISINDA



Amma proqrama qatılanların hamısı Milli Kitab Mükafatı kimi müsabiqələrin Azərbaycanın ədəbi mühitində çox müsbət rol oynadığını qeyd ediblər.

Proqramın aparıcısı: İlqar Rəsul
Prodüsser: Maarif Çingizoğlu
XS
SM
MD
LG