Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:05

BRİC: “BVF-nun yeni rəhbəri avropalı olmasın”


Beynəlxalq Valyuta Fondunun rəhbəri bacarıqlarına, biliklərinə görə seçilməlidir, milli kimliyinə görə yox. Bunu Braziliya, Rusiya, Hindistan, Çin (BRİC) və Şimali Afrika birgə bəyanatlarında bildiriblər.

Fondun icraçı direktoru Dominique Strauss-Kahnın istefasından sonra Avropalı rəsmiləri gələcək rəhbərin avropalı olmasını dəstəkləyiblər.

İkinci dünya müharibəsindən sonra Fondun icraçı direktoru avropalı olub. Fransa xarici işlər naziri Christine Lagardenin gün ərzində bu posta namizədliyinin elan ediləcəyi gözlənir.

Keçmiş icraçı direktor Dominique Strauss-Kahn bir neçə gün əvvəl Nyu-York otellərinin birində qadın zorlamağa cəhddə ittiham olunur. O, indi Nyu-Yorkda ev dustağıdır.

Beynəlxalq Valyuta Fondu iyunun 30-na qədər onun varisini seçməlidir.
XS
SM
MD
LG