Avropa Birliyinin Azərbaycana viza sadələşdirilməsi məsələləri ilə bağlı danışıqlara başlamaq üçün bu ilin ikinci yarısında razılıq verəcəyi gözlənilir.
APA-nın bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
Nazir müavini bu məsələdə əsas məqsədin insanların bir-biri ilə əlaqələrinin mobilliyinin təmin edilməsi olduğunu deyib: “Avropa Birliyi razılıq verdikdən sonra bu istiqamətdə danışıqlara başlayacağıq”.
M. Məmmədquliyev deyib ki, iyunun ortalarında AB-Azərbaycan Əməkdaşlığı Komitəsi çərçivəsində təhsil və səhiyyə sahəsində yeni yaradılan 4-cü alt komitənin 1-ci iclasının Bakıda keçiriləcəyi gözlənilir.
Nazir müavini AB-Azərbaycan Əməkdaşlığı Komitəsinin növbəti iclasının isə sentyabrda Baklıda keçiriləcəyini qeyd edib.