Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 16:15

«Neft şirkətinin torpaqları», Sakaşvilinin Azərbaycanda müdafiəçiləri və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Bizim Yol» qəzeti hesab edir ki, «NEFT ŞİRKƏTİ KASIB TƏBƏQƏNİ HƏDƏF GÖTÜRÜB»

Qəzet Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakının müxtəlif ərazilərində böyük torpaq sahələrinə sahib olduğunu iddia edir. «Neft şirkətinin torpaqlarının» əsas hissəsi Binəqədi rayonu ərazisinə düşürmüş. Qəzet bildirir ki, həmin ərazilərlə bağlı məhkəməyə müraciət edən Neft Şirkəti ayrı-seçkiliyə yol verir:

«ARDNŞ «neft torpaqları»nda tikilən bütün evlərə, iaşə, dövlət obyektlərinə, istehsal müəssisələrinə qarşı iddia qaldırmır. Yalnız sıravi vətəndaşlar şirkət işçilərinin hücumlarına məruz qalır».

Qəzet buna misal olaraq həmin ərazilərdə 11 vəzifəli məmurun villa və obyektlərinin siyahısını dərc edib.

«Yeni Azərbaycan» qəzeti mayın 18-də Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilən Bəxtiyar Hacıyevin həbsinə reaksiyalardan yazır. Qəzetdəki «SİYASİ ŞOU YARATMAQ İSTƏYƏNLƏR QRUP MARAQLARINA XİDMƏT GÖSTƏRİR» sərlövhəli yazıda qeyd olunur ki, radikal müxalifətin məhkəmə qərarını siyasi müstəviyə daşımaq arzusu çox şeydən xəbər verir:

«Demək ki, müxalifətin yenə də öz uydurduğu yalan üzrə ajiotaj yaratmaq, bununla da öz korporativ maraqları uğrunda dövlətin mənafeyinə zərbə vurmaq arzusunda olduğu bir daha ortaya çıxır».

«AZƏRBAYCAN MÜXALİFƏTİ SAAKAŞVİLİNİN MÜDAFİƏSİNƏ QALXDI»

«Yeni Müsavat» qəzeti Gürcüstanda prezident Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalara Azərbaycandakı müxalifət partiyalarının münasibətini öyrənib. Onlar Gürcüstan müxalifətini yox, prezident Saakaşvilini müdafiə ediblər:

«Müxalifətin güclü şəkildə ortaya çıxması da Saakaşvilinin qurduğu demokratiya ilə bağlıdır».
XS
SM
MD
LG