Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:41

Vulkan Avropa hava məkanını yenə iflic edə bilər


Avropa aeroport agentlikləri deyirlər ki, bu gün 500-ə qədər uçuş hərəkəti İslandiyadakı vulkan püskürməsi ucbatından təxirə salına bilər. Vulkan püskürməsi nəticəsində yaranan buludlar Şimali İrlandiya, Şotlandiya, Skandinaviya səmasını tutur.

Brüsseldə yerləşən "Evrocontrol"dan bildiriblər ki, 252 uçuş artıq təxirə salınıb.
Hətta Avropa turnesinə çıxan ABŞ prezidenti Barak Obamanın da vulkan püskürməsinin yaratdığı problemlər səbəbindən səfər planına dəyişiklik edilib, o vaxtından əvvəl İrlandiyanı tərk edib Londona gəlib.

Amma ekspertlər ötən ilki 6 günlük hava məkanının bağlı qalmasının yaratdığı xaosun təkrarlanacağını bir o qədər də güman etmirlər. Keçən il İslandiyada digər vulkanın püskürməsi nəticəsində milyonlarla səyahətçi Avropanı tərk etmək üçün başqa vasitə seçiblər.
XS
SM
MD
LG