Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 23:42

Bu dəfə terror qurbanlı əfqan fəhlələr oldu

Əfqanıstanda bu gün terror nəticəsində azı 10 nəfər ölüb, 30-a yaxın adam yaralanıb. Hücum Kandahar əyalətində baş verib. Kandahar hospitalının direktoru Qayoum Pakhla deyir ki, partlayışda 30-a yaxın adam yaralanıb. Terror qurbanları yük maşınında öz yolları ilə işə gedən fəhlələr olub. Hələ ki, hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Kandahar Talibanın məskən saldığı yerlərdən biridir. Taliban bu yaxənlarda elan edib ki, onlar yaz hücumlarına başlayıblar.
This item is part of
XS
SM
MD
LG