Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 05:03

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 120-yə yaxındır


ABŞ-ın Missouri ştatının rəsmiləri deyirlər ki, Joplin şəhərində güclü qasırğa nəticəsində 120-yə yaxın adam ölüb, yüzlərlə yaralı var. Rəsmilərin sözlərinə görə, güclü qasırğa 50 min əhalisi olan şəhəri iflic edib. "Tornado" adlandırılan qasırğa son 60 ildə ABŞ-da görünən küləklərin ən güclüsü olub.

Qasırğa evləri, binaları da dağıdıb.

Son ayda ABŞ ikinci dəfədir ki, belə bir qasırğa ilə üzləşir. Apreldə yeddi ştatda belə bir qasırğa nəticəsində ölənlərin sayı 300-ü ötmüşdü.
XS
SM
MD
LG