Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Qazaxıstanın Azərbaycandakı səfirliyinin yaxınlığında bu ölkənin diplomatik nümayəndəliyi tərəfindən 10 kanatlıq milli alaçıq qurulub.
Qazaxıstan səfiri Serik Primbetov təqdimat mərasimində qədim zamanlarda köçəri qazaxların həyatında və məişətində alaçığın oynadığı roldan söz açıb, yaşayış yerinin hər bir detalı barədə ətraflı məlumat verib. Səfirin sözlərinə görə, alaçığın qurulması Azərbaycan xalqını köçərilərin məişəti ilə əyani tanış etmək məqsədi daşıyır.
Tədbir Azərbaycan Dövlət Dəniz Akademiyasının qazaxıstanlı kursantlarından ibarət dombra çalanların və müğənnilərin ifası ilə müşayiət olunub. Tədbir qazax milli mətbəxinin yemək və içkiləri təqdim olunan furşetlə yekunlaşıb.
Alaçığın açılışında Azərbaycan dövlət orqanlarının və Milli Məclisin, Bakıda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri iştirak ediblər. /Azertac/