Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Gürcüstan parlamenti çərkəzlərin soyqırımı haqda qətnamə qəbul edib


Gürcüstan Parlamenti yekdilliklə 19-cu əsrdə Osmanlı torpaqlarına sürgün edilən çərkəzlərin ruslar tərəfindən soyqırıma məruz qaldığını iddia edən qətnaməni qəbul edib. Söhbət yüz il ərzində 1976-1864-cü illərdə davam edən rus-çərkəz müharibəsindən gedir.

Deputatlar qarşısında çıxış edən parlamentin Şimali Qafqaz və diaspor komitəsinin sədri Nuqzar Çiklauri bildirib ki, “tarixi” qətnamə görkəmli gürcü və xarici alimlərin bir ilik işinin nəticəsi olub.

Bəzi deputatlar qətnaməyə son 20 il ərzində Çeçenistan hadisələri ilə bağlı qiymətləndirməni də daxil etməyi və onu da “soyqırımı” adlandırmağı tövsiyə edib. Müxalifət deputatları isə həmkarlarını ehtiyatlı olmağa çağırıb, işarə vurublar ki, bu, məsələn Ermənistanla münasibətləri ağırlaşdıra bilər. Belə ki, Ermənistan diasporu da Osmanlı imperiyası zamanı ermənilərin soyqırıma uğradığını iddia edir və onun “soyqırımı” kimi tanınmasını istəyir.
XS
SM
MD
LG