Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:15

Mərdan Lamiyə. Son soy


Son Soy

Ruhum oynaq,
Babam Qorqud.
Nəvəm kim olacaq?!
Ruhu əsir düşmüş
Bir nəsil- aciz, qorxaq.

Hanı sazım, sözüm?!
Onları kim oyadacaq?
Cismim torpaq,
Yetim torpaq,
Babam bağışlamayacaq.

Nəvəm unudacaq?
Unudaramsa mən,
Əlbət o da unudacaq!
Bakıda əsir külək,
Təbiət gəlmiş bizə kələk.

Tökülür yarpaq,
Vətəni ayıraraq
Xəzəl olub, Araza qarışacaq.
Araz Kürlə qovuşacaq,
Sonda Xəzər olub
Bakını qoynuna alacaq.

Çəngi nəyinə gərək?!
Lay- lay çalım, yataq.
Bizi kim oyadacaq?!

Soyunu bilməyən axmaq,
Sözüm sənə.
Bəsdir öyündün babanla,
Öyünəcəkmi nəvən sənlə?!


Qadın gedərsə

Dişləri tökülüb, başında saç yox
ömür qalıb divarın o biri üzündə.
Yazılmamış vərəqlərə ağlayır.
Getməyə yeri, sevməyə adamı yox
yurdu qalıb dağın o tayında.
Öpmədiyi dodaqlara ağlayır.
Vaxt yetişib, sevilməyə üzü yox
tanış gəlmir artıq qadın qoxusu.
Əsən əllərinə ağlayır.
Tək qaldığı gün ölüb, xəbəri yox
Qadının getdiyi gündən başlar
kişinin ölümü.
Yaşanmamış günlərinə ağlayır.


Dəyirman

Üstüm-başım təbaşır içində,
Görənlər dəyirmançı deyirlər.
Dəyirmanlar fırlanan da,
Yaşadıqlarım qutularda qalırlar
Zamanın fərqli olur rəngi də.
Günü-gündən bir az daha solurlar.
Nə qalacaq ki, bizdən sonra?!
Bir-iki dost,iki-üç düşmən,
Üç-dörd beyin məhsulu,dörd- beş ayaqqabı...
Kolbasa dadlı idi ``Minsk``də,
kənarı butalı yaylıqlar,
hələ də qalır sandıq da.
Keçmişin qalığı olub,
Tarixi çevriliriksə,
Qara lövhələri,təbaşir yazmayan
Ağ lövhələrlə əvəz etdikcə,
Zaman bizi qabaqlayır.
Məktəbdən qayıdan müəllimi
Dəyirmançı yox,rəis sanırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG