Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Antonio Guterresin: Azərbaycan dünya qaçqınlarına kömək edə bilər


Azərbaycan dünyada qaçqınların və məcburi köçkünlərin qorunmasında mühüm rol oynaya bilər. Trend-in məlumatına görə, bu barədə mayın 18-də jurnalistlərə BMT-nin qaçqınlar və məcburi köçkünlər üzrə ali komissarı Antonio Guterresin bildirib.

"Mənim səfərim Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da gücləndirilməsinə işarə edir. Beş il öncə də Azərbaycana səfərim olub. Həmin vaxt hökumət Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından qaçqın düşmüş şəxslərin həyat şəraitinin yaxşılaşması üçün böyük sərmayələr qoyurdu. Əminəm ki, qaçqınların həyat şəraitinin daha da yaxşılaşdığının şahidi olacam. Hesab edirəm ki, Azərbaycan artıq müasir, inkişaf etmiş dövlətə çevrilməkdədir. Bu baxımdan beynəlxalq ictimaiyyətdə Azərbaycan qaçqınların və məcburi köçkünlərin qorunmasında mühüm rol oynaya bilər", - Quterreş əlavə edib.

Onun sözlərinə görə, 2011-ci ildə BMT-nin Qaçqınlar və məcburi köçkünlər üzrə Konvensiyasının 60 illiyi qeyd ediləcək.

"Bununla bağlı nazirlər səviyyəsində beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Azərbaycanın nümayəndələrini də dəvət etməyi düşünürük. Çünki hesab edirik ki, Azərbaycan həmin konfransda öz güclü sözünü deməlidir", - o vurğulayıb.
XS
SM
MD
LG