Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Qazaxıstanda müəmmalı partlayış


Aktobe - polis partlayışın baş verdiyi əraziyə heç kəsi buraxmır. 17 may 2011
Aktobe - polis partlayışın baş verdiyi əraziyə heç kəsi buraxmır. 17 may 2011
Qazaxıstanın Aktobe şəhərində müəmmalı partlayış baş verib.

Mayın 17-də bir nəfər öz üzərindəki partlayıcı qurğunu yerli daxili işlər idarəsinin binasına yaxın ərazidə işə salıb.

Partlayış nəticəsində onun özü ölüb, yaxınlıqdakı iki nəfər isə yaralanıb.

Qazax rəsmiləri deyirlər ki, ilk dəfədir ki, ölkədə partlayışı intiharçı törədir.

Onun şəxsiyyəti aydınlaşdırılıb: bu 25 yaşlı Rasimjan Makatovdur.

Bunu paytaxt Astanada keçirilən mətbuat konfransında Baş Prokurorluğun sözçüsü Jandos Umiraliyev deyib.

O partlayışın terror aktı olmasına inanmır


Sözçünün bildirdiyinə görə, Makatov mütəşəkkil cinayətkar dəstənin üzvü olub və bir neçə cinayət hadisəsinin törədilməsində şübhəli sayılır.

“Makatov partlayış gücü az olan əldə qayırma bombadan istifadə edib”

Azadlıq Radiosunun Qazaxıstan xidmətinin Aktobedəki müxbiri Alima Abdirovanın verdiyi məlumata görə, partlayış yerli vaxtla səhər saat 9:30 radələrində baş verib və polis hadisənin baş verdiyi əraziyə girişi bağlayıb.

Aktobe - partlayışın baş verdiyi ərazi - solda yerli daxili işlər idarəsinin damı. 17 may 2011
Abdirovanın verdiyi məlumata görə, bir neçə jurnalist, hüquq müdafiəçisi hadisə yerindən fotolar çəksələr də, polis onların fotoaparatlarının yaddaşındakı şəkilləri silib.

“Bir polis əməkdaşı insident barədə sualımın cavabında mənə dedi ki,

Ərazidə təlim keçirilib, heç bir partlayış baş verməyib”

Amma əraziyə yaxın taksi sürücüləri müxbirə onu da deyiblər ki, səhər saat 10 radələrində üç təcili tibbi yardım maşını və yanğınsöndürən maşınlarının gəldiyini görüblər.

Yerli rəsmilər və media insidenti şərh etməyib. Yerli televiziyanın operatoru hotel otağından partlayış yerini çəkmək istərkən polis tərəfindən saxlanıb. Amma az sonra onu azad ediblər.

Maraqlıdır ki, qazax rəsmiləri partlayışın terror aktı olmadığını bildirsələr də, ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis partlayışı pisləyərkən “terror aktı” sözünü işlədib.

Neftlə zəngin Qazaxıstanda vəziyyət indiyəcən Orta Asiyanın digər ölkələri – Qırğızıstan, Tacikistan və Özbəkistanla müqayisədə sabit hesab edilir...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG