Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 15:31

Jurnalistlər DİN-də izahat veriblər


Mayın 17-də «Turan» İnformasiya Agentliyinin müxbiri Pərvanə Bayramova, «Azadlıq» qəzetinin müxbiri Natiq Adilov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Fərqanə Novruzova və AzadlıqRadiosunun əməkdaşı Esmira Cavadova Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində izahat veriblər.

Jurnalistlər mayın 4-də AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının məhkəməsindən sonra keçirilən aksiyanı işıqlandırarkən polis və mülkigeyimli şəxslərin təzyiqinə məruz qalıblar.

Jurnalistlər Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Nazirliyə dəvət olunan jurnalistlərdən izahat alınıb.

Daxili Təhqiqatlar İdarəsinin rəisi Möhübbət Hüseynov bildirib ki, araşdırma aparılacaq və jurnalistlərə təzyiq etmiş polis əməkdaşları barədə tədbir görüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG