Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:01

Məhkəmə seksual təcavüzdə ittiham olunan BVF rəhbərini zaminə buraxmadı


Nyu-York məhkəməsi seksual təcavüzdə ittiham olunan Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominique Strauss-Kahn-I zamin buraxmaqdan imtina eləyib.
Məhkəmənin qərarına görə, o növbəti iclasa qədər, mayın 2-nə qədər həbsdə qalacaq.

Bu gün məhkəməyə çxıarılan Strauss-Kahn-ın vəkili onun 1 milyon dollar girov müqabilində zaminə buraxılmasını istəyirdi.

BVF rəhbərini Nyu-Yorkda qaldığı mehmanxanada xadiməyə təcavüz etməkdə ittiham edirlər. Polis Strauss-Kahn-I Şənbə günü Parisə uçmağa hazırlaşarkən həbs edib.

62 yaşlı Strauss-Kahn ittihamları qəbul eləmir.

Fransalı jurnalist və yazar Tristane Banon-un vəkili də bildirib ki, Kahn 2002-ci ildə onun müştərisinə də təcavüz edibmiş və bununla bağlı şikayət verməyə hazırlaşırlar.

62 yaşlı Strauss-Kahn 2007-ci ilin Sentbyabr ayından BVF-in İcraçı Direktorudur. Onun 2012-ci ilin president seçkilərində Fransa prezidentliynə namizəd olacağı gözlənilirdi.
XS
SM
MD
LG