Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Belarusda keçmiş prezidentliyə namizədin arvadı da həbs olundu


Belarus məhkəməsi həbsdə olan Andrey Sannikaunun arvadı, jurnalist Iryna Khalipə iki il iş verdi. O, Belarus prezidenti Aleksandr Lukaşenkonun sonuncu prezident seçkisindəki qələbəsinin saxta olduğuna etiraz edənlərin aksiyası zamanı saxlanıb. O, ev dustağı idi.

Jurnalist Khaliplə yanaşı məhkəmə qarşısında üç etirazçı da dayanıb. Onlar icazəsiz aksiyada iştirak etmək ittihamı ilə üzləşiblər. Digərləri də iki və ya üç il həbs cəzası alıblar.

Mayın 14-də Andrey Sannikau barəsində 5 il həbs cəzası verilib. O, ötən ilin dekabrındakı aksiyaları təşkil etməkdə suçlu bilinir. Andrey Sannikau prezident seçkisinə qatılmış namizədlərdən biri olub.

20-dən çox adam müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

Lukaşenko rejiminin dekabrın 19-dakı aksiyanı zorakılıqla yatırmasından sonra hakimiyyət Avropa ölkələrinin sanksiyaları ilə üzləşib.
XS
SM
MD
LG