Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

NATO təyyarələri Tripolini bombalayıb


NATO təyyarələri cümə axşamına keçən gecə Gaddafinin iqamətgahı da daxil olmaqla Tripolidəki bir sıra obyektləri bombalayıblar.

Liviyanın rəsmi JANA agentliyi Şimali Koreya səfirliyinin binasına xəsarət dəydiyini xəbər verir.

Hökumət nümayəndələri azı 2 adamın öldüyünü deyirlər.

Bundan bir neçə saat əvvəl Liviyanın dövlət televiziyası Muammar Gaddafinin görüntülərini yayıb.

Çəkilişin Tripolidəki hotellərdən birində aparıldığı güman edilir.

BMT-nin baş katibi Ban Kİ Moon bu arada atəşi dayandırmağa və atəşkəsə əməl etməyə çağırıb.

Böyük Britaniyanın baş naziri David Cameron bu arada Londonda Liviya üsyançılarının yaratdığı ötəri milli şuranın rəhbəri Mustafa Abdul Calili qəbul edib və onlara Londonda daimi nümayəndəlik açmağı təklif edib.
XS
SM
MD
LG