“ATƏT Parlament Assambleyası ilə Azərbaycan arasında çox məhsuldar əməkdaşlıq mövcuddur”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycana səfərə gəlmiş ATƏT PA-nın prezidenti Petros Efthymiou deyib.
O, Azərbaycanla ATƏT arasında parlamentlərarası və digər səviyyələrdə əlaqələrin inkişafını təşviq etdiklərini bildirib: “Bizim aramızda məhsuldar əməkdaşlıq var və mənim səfərimdə məqsəd mövcud münasibətlərin daha da fəallaşdırılmasıdır”.
Petros Efthymiou Bahar Muradovanın başçılıq etdiyi Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin fəallığını da xüsusi qeyd edib.