Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Ədəbiyyat Ramzan Kadırovın qulluğunda


Çeçenistanda filologiya fakültələrinin tələbələri üçün prezident Ramzan Kadırova həsr edilmiş bədii əsər müsabiqəsi elan edilib.

Müsabiqə "Zəmanəmizin qəhrəmanı. Lider və vətənpərvər" adlanır.

Təşkilatçıların yaydığı elanda deyilir ki, "materialların müəllifləri çeçen xalqının görkəmli şəxsiyyəti, respublikanın dirçəlişi və sabitliyində böyük xidmətləri olan insan, çeçen gənclərinin lideri, Rusiyanın milli qəhrəmanı Ramzan Kadırov barədə fikirlərini ifadə etməlidirlər".

Belə müsabiqələr orta məktəb şagirdləri arasında da keçirilir.

Onları adətən Ramzan Kadırovun fan-klubu təşkil edir. Qaliblərə kompüter və başqa bahalı hədiyyələr verilir.

2006-cı ildə bir çeçen məktəblisinə Ramzan Kadırovun atası, terror aktı zamanı həlak olmuş keçmiş prezident Axmat Kadırov haqda şeirinə görə sabiq prezidentin adını daşıyan fond tərəfindən Qroznıda mənzil və 10 min dollar mükafat verilmişdi.

Bundan başqa hazırkı prezidentə həsr edilmiş şeirlərdən ibarət kitablar buraxılır. Bəzi şairlər isə daha da irəli gedərək Kadırova həsr etdikləri şeirlərdən ibarət kitablarını əcnəbi dillərə çevirtdirib xaricdə çap edirlər.

Rəqiblərinin adam oğurluğu və qətllərdə günahlandırıdığı Kadirovun Qərb ölkələrində imici sağlam deyil...

Rinat adlı çeçen məktəblisinin kadırovyönlü saytların birində çap edilmiş şeiri


Рамзан Кадыров - мой Президент

Веди вперед нас, Рамзан Кадыров
Открой нам двери в новый мир
где вместе всей семьей народов
Всевышний нас соединил

Позволь своей свободной мысли
Своим талантам от отца
всей окружающей нас жизни
наполнить будущим наши сердца

В тот час, когда народу худо
Всевышний гения дает
Как жить, любить и верить в чудо
из уст Рамзана каждый узнаёт

Ты наша надежда и опора
С тобой мы к подвигам готовы
Все сметя на пути без разбора
мы пойдем куда скажешь, снова и снова

Веди нас, Рамзан Кадыров
С тобой мы не ведаем страха
мы выстроим высокие горы дворцов
по воле твоей и по воле Аллаха

Сделаем страну великой
Под твоим неусыпным взором
дружною и многоликой
с весельем, радостью, задором

Вот такой президент нам нужен
Наш президент Рамзан Кадыров!
он с волей небесною дружен
ждет нас победа с таким командиром!

Ринат 13 лет

Həmçinin oxu
Rəhbərə yaltaqlıq mənzərələri (Fotoqalereya)

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG