Keçid linkləri

Təcili xəbərlər
2023, 10 İyun, şənbə, Bakı vaxtı 20:49

Suriyanın Homs şəhərində daha 5 nəfər öldürülüb


Çərşənbə günü Suriyanın Homs şəhərində azı 5 nəfər öldürülüb.

Şahidlərin sözlərinə görə hökumət qüvvələri yaşayış məhəllələrini tanklardan və iri çaxlı silahlardan atəşə tutur.

Şənbə günü şəhərə ordu yeridilib, 300-dən çox adam həbs olunub.

Həmçinin ölkənin digər şəhərlərində müxalifət fəallarının repressiyalara məruz qaldıqları xəbər verilir.

Hüquq müdafiəçiləri ümumilikdə son həftələrdə 750-dən çox adamın öldürüldüyünü, 9 minə yaxın adamın həbs olunduğunu xəbər verirlər.
XS
SM
MD
LG