Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

Kubalılar da turist kimi gəzə biləcək


Sosialist inqilabından sonra ilk dəfə olaraq kubalılara xaricə turist kimi səfər etməyə icazə veriləcək. Kuba rəhbəri Raul KAstro bildirib ki, bu, aprel ayında Kommunist partiyasının qurultayında qəbul edilən 300 islahatdan biridir.

Hələ ki, xaricə səfər icazəsinin nə vaxtdan qüvvəyə minəcəyi açıqlanmayıb. Inqiladan sonra, 52 il idi ki, kubalılara ancaq keçmiş SSRİ məkanına səfər etməyə icazə verilirdi.
XS
SM
MD
LG