Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 14:39

9 aksiyaçı sutkalıq həbs alıb


Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən «Hicaba azadlıq!» aksiyası zamanı saxlananların 9-una sutkalıq həbs cəzası verilib.

5 nəfər barəsində isə cinayət işi başlanıb.

Onlardan biri - Tərlan İsmayılovun vəkili Dilqəm Ağayev AzadlıqRadiosuna bildirib ki, müdafiə etdiyi şəxsə fiziki zorakılıq olub:

«Bədənində, üzündə xəsarət izləri var. Tezliklə ekspertizanın rəyi açıqlanacaq».

Mayın 6-da bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirib. Onlar orta məktəblərdə hicaba qoyulan qadağa əleyhinə dini şüarlar səsləndiriblər. Polis aksiyanın qarşısını alıb. Xəsarət alanlar var.
XS
SM
MD
LG