Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Suriyada müxalifətçilərin həbsləri davam edir


Bu gün Suriyanın paytaxtı Dəməşq ətrafında təhlükəsizlik qüvvələri müxalifət tərəfdarlarına qarşı geniş əməliyyat keçirib. Şahidlərin sözlərinə görə, şəhərdə atəş səsləri eşidilib. Bazar günü gecə isə Homs şəhərinə qoşun yeridilib.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, bütün ölkədə prezident Bashar Asadin istefasını tələb edən aksiya iştirakçılarının kütləvi həbsləri keçirilir. Daha çox həbs olunanlar Deraa və Baniyas şəhərlərinin sakinləridir.

Suriyada kütləvi etiraz aksiyaları başlanandan 800-ə yaxın adamın öldürüldüyü bildirilir.
XS
SM
MD
LG