On minlərlə adam Mexikonun mərkəzinə yığışaraq narkomafiya, zorakılıq əleyhinə etiraz aksiyası keçirib.
Meksika paytaxtında keçirilən aksiya dördgünlük aksiyaların sonuncusu olub. Etirazçılar qarşısında çıxış edənlər təhlükəsizlik nazirinin istefasını tələb ediblər. Marş iştirakçıları hökumət məmurları arasında kriminal aləmlə əlaqəli olanların olduğunu da bildiriblər.
2006-cı ildə prezident Felip Kalderon narkobaronlarla müharibə elan edəndən sonra Meksikada zorakılıq qurbanlarını sayı 35 minə çatıb.