Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:59

Həbsdə olan iranlı rejissorlar Kann festivalında


Bu il Kann festivalına hazırda həbsdə olan iranlı rejissorlar Cəfər Pənahı və Məhəmməd Rəsulovun filmləri də çıxarılacaq.

Onlar 2009-cu ildəki mübahisəli prezident seçkisindən sonra keçirilmiş etiraz aksiyalarında iştiraka görə, 6 il həbs cəzası alıblar.

Pənahinin “ Bu film deyil” kinosu rəsmi proqrama salınacaq və mayın 20-də nümayiş etdiriləcək.

Məhəmməd Rəsulovun “ Xudahafiz” filmi isə mayın 14-də göstəriləcək.

Məlumatlara görə, fesivalında Cəfər Pənahiyə, ifadə azadlığı və cəsurluğa görə Fransa Kinomatoqrafçılar Birliyinin “ Qızıl Karet” mükafatı veriləcək.
XS
SM
MD
LG