Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Obama Əl-Qaidə liderinə qarşı əməliyyatda iştirak edənlərlə görüşəcək


Mayın 6-da ABŞ prezidenti Barak Obama Əl-Qaidə lideri Osama bin Ladenə qarşı əməliyyatda iştirak edən hərbçilərlə görüşəcək.

Obamanın Kentukki ştatındakı hərbi bazaya gedəcəyi bildirilir. İki gün öncə ABŞ prezidenti Ağ Evdə bin Ladenin öldürülməsi ilə nəticələnən əməliyyata rəhbərlik edən vitse-admiral Uilyam Makreyvenlə görüşüb.

Mayən 5-də isə Obama Nyu-Yorkda 11 sentyabr terrorunun baş verdiyi yerə gedib, Ground Zero-ya çələng qoyub, terror qurbanlarının yaxınları ilə görüşüb.
XS
SM
MD
LG