Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:04

Bakı-Xəzər Lənkaran oyununda kütləvi dava düşüb


Arxiv şəkil
Arxiv şəkil
Bu gün Azərbaycan kuboku uğrunda mübarizə aparan “Bakı” və “Xəzər Lənkəran” klublarının görüşündən sonra kütləvi dava düşüb.

ANS PRESS-in məlumatına görə, davanı “Xəzər Lənkəran”ın azarkeşlərindən biri salıb.

O, oyundan sonra matçın baş hakimi Rövşən Əhmədovu vurmaq istəyərkən polis onu bölməyə aparmaq istəyib və nəticədə dava düşüb.

Davaya “Xəzər Lənkəran”ın oyunçuları və azarkeşləri də qoşulub.

Dava zamanı polislər “Xəzər Lənkəran”ın albaniyalı oyunçusu Elvin Beqirini vuraraq yerə yıxıblar.

Komanda yoldaşının köməyinə gələn qapıçı Kamran Ağayev də davaya girişib.

Xəzər Lənkəranın azarkeşlərindən biri ciddi xəsarət alaraq xəstəxanaya düşüb.

Xəzər Lənkəran Bakıya 1:2 hesabı ilə məğlub olsa da iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb.
XS
SM
MD
LG