Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05

Rəqib Fələstin qrupları barışdı


Çərşənbə günü Qahirədə aparıcı Fələstin qrupları Fəth və Həmas arasında barışıq mərasimi keçirilib.

Mərasimdə Fəth hərəkatının rəhbəri və və Fələstin muxtar ərazilərinin prezidenti Mahmud Abbas, Həmasın siyasi lideri Khalid Meshaal və digər rəsmilər iştirak ediblər.

Tərəflər bundan əvvəl vahid hökumət yaradılması barədə razılığa gəlmişdilər.

İsrail onu tanımayan Həmas hərəkatının yeni Fələstin hökumətində iştirakını ittiham edib.
XS
SM
MD
LG